Bakı-APA. Dünən Çinin Tszilin əyalətində quşçuluq fermasında baş vermiş yanğının qurbanlarının sayı 120 nəfərə çatıb. Bu barədə APA Sinxua agentliyinə istinadən məlumat verir.
Daha öncə 112 nəfərin öldüyü və 50-dən artıq insanın yaralandığı bildirilirdi. Son məlumata əsasən, faciə nəticəsində 70 nəfər yaralanıb.
Yanğın Jilin Baoyuan müəssisəsində baş verib. Yanğın zamanı 300-dək işçi müəssisənin qapısı bağlı anbarlarının birində qalıblar.
İlkin məlumatlara görə, maye ammonyakın partlaması yanğına səbəb olub.