Suriyanın Deyr əz-Zor şəhəri yaxınlığında yerləşən qaçqın düşərgəsində törədilən terror aktı nəticəsində ölənlərin sayı 100 nəfərə çatıb.
APA-nın məlumatına görə, bu barədə Suriya Dövlət Televiziyası məlumat yayıb.
Onlarla insan yaralanıb.
Qeyd edək ki, ötən gecə terrorçu-kamikadze minalanmış avtomobili düşərgənin ərazisinə sürərək partlayıcı qurğunu işə salıb.
***
saat 04.56
Terrorçular Suriyanın Deyr əz-Zor şəhəri ətrafında yerləşən qaçqın mərkəzində terror aktı törədilib, onlarla dinc sakin ölüb və yaralanan var.
APA-nın “SANA” agentliyinə istinadən verdiyi xəbərə görə, terrorçu-kamikadze minalanmış avtomobili mərkəzin ərazisinə sürərək özünü partladıb.