Bakı. Real Cəfərli-APA. Dünya Bankı (DB) İranın 6 aydan çoxdur borcunu ödəmədiyini açıqlayıb. APA-nın “Radiofərda”ya istinadən məlumatına görə, xəbərdə hazırda İranın DB-yə iyunun 30-dək yaranmış borcunun məbləği 697 milyon dollardır. Borcun gecikdirilməsinə görə olan məbləğ isə 79 milyon dollar təşkil edir. Hazırda DB İranı borclu ölkələr sırasına daxil edib. Buna səbəb isə İranın mübahisəli nüvə proqramı və və bu ölkəyə qarşı tətbiq edilmiş iqtisadi sanksiyalardır. DB həmçinin İrana mövcud problemlərini həll etməyənədək borc verməyəcəyi barədə də xəbərdarlıq edib.