Bank Of Baku

Duterte: Filippin ABŞ yönümlü kursdan imtina edib

Duterte: Filippin ABŞ yönümlü kursdan imtina edib
# 21 may 2017 12:41 (UTC +04:00)

Filippin prezidenti Rodriqo Duterte ABŞ prezidenti Donald Trampı dostu adlandırsa da, ölkəsinin xarici siyasətdə amerikayönümlü kursu dəyişdiyini bəyan edib.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, R. Duterte bunu Rusiyaya səfərdən öncə rusiyalı jurnalistlərə müsahibəsində söyləyib.

 

D. Trampın “yaxşı oğlan”, praqmatik olduğunu və ona hörmətlə yanaşdığını  qeyd edən R. Duterte noyabrda ABŞ prezidentinin ölkəsinə səfərini gözlədiyini nəzərə çatdırıb: “Mən ABŞ-a qarşı deyiləm. Ancaq Filippinin siyasəti dəyişib. Mənim hakimiyyətə gəlməyimdən sonra müstəqil siyasət həyata keçirdiyim üçün Qərblə münasibətlər pisləşib. Filippin əvvəllər xarici siyasətdə ABŞ yönümlü kurs həyata keçirib. Filippin indii Çinlə  və Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası (ASEAN) ilə alyansı, indi isə Rusiya ilə münasibətləri inkişaf etdirir”.

 

Filippin prezidenti ölkəsində ABŞ qoşunları görmək istəmədiyini də vurğulayıb: “Mən ABŞ və Qərb ölkələrinə icazə vermərəm ki, mənimlə müstəmləkə qubernatoru kimi davransınlar. Biz müstəqil ölkəyik, ölkəmə hörmətlə yanaşılmasını istəyirəm”. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR