Əfqanıstanda ABŞ hərbçisi həlak olub. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, insident Loqar əyalətində keçirilən əməliyyat zamanı baş verib.
Ötən həftə Loqar əyalətində helikopterin qəzaya uğraması nəticəsində NATO-nun 1 hərbçisi ölüb, 6 nəfəri yaralanıb.