Bank Of Baku

Əfqanıstanda dinc əhali arasında ölən və yaralananların sayı 14 faiz artıb

Əfqanıstanda dinc əhali arasında ölən və yaralananların sayı 14 faiz artıb
# 10 fevral 2014 14:26 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli – APA. Ötən il Əfqanıstanda mülki əhali arasında həlak olanların və yaralananların sayı 14 faiz artıb.

 

APA-nın məlumatına görə, bu barədə BMT-nin dərc etdiyi hesabatda deyilir.

 

Sənəddə qeyd olunur ki, 2013-cü il  2009-cu ildən bəri qadınlar və uşaqlar arasında həlak olanların və yaralananların sayına görə ən gərgin il olub.

 

BMT-nin Əfqanıstanda Yardım Missiyası (UNAMA) ötən il ölkədə davam edən münaqişə ilə əlaqədar mülki əhali arasında 2959 ölüm və 5656 yaralanma faktını qeyd edib. Nəticədə 2012-ci il ilə müqayisədə həlak olanların sayında 7 faiz, yalananlar arasında isə 17 faiz artım qeydə alınıb.

 

2009-cu ildən bu vaxtadək Əfqanıstanda 14 064 mülki şəxs həlak olub, on minlərlə insan yaralanıb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR