Bank Of Baku

Əfqanıstanda iki terror aktı nəticəsində 71 nəfər ölüb

Əfqanıstanda iki terror aktı nəticəsində 71 nəfər ölüb
# 17 oktyabr 2017 18:19 (UTC +04:00)

Əfqanıstanda törədilmiş iki terror aktı nəticəsində ölənlərin sayı 71 nəfərə çatıb. APA-nın “Frans Press”ə istinadən verdiyi xəbərə görə, partlayışlar nəticəsində 170 nəfər yaralanıb.

 

Qeyd edək ki, Paktiya əyalətinin Qardez şəhərində terrorçu-kamikadze polis məntəqəsinə hücum edib. Əfqanıstan DİN-nin məlumatına görə, hücum nəticəsində 41 nəfər ölüb, 158 nəfər yaralanıb. İkinci terror aktı nəticəsində isə 25 polis əməkdaşı və 5 dinc sakin ölüb, 10 nəfər isə yaralanıb.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR