Bank Of Baku

Əhməd Cənnəti İran Konstitusiyasına Nəzarət Şurasının katibi təyin edilib

Əhməd Cənnəti İran Konstitusiyasına Nəzarət Şurasının katibi təyin edilib
# 19 iyul 2013 10:41 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. Ayətullah Əhməd Cənnəti yenidən İran Konstitusiyasına Nəzarət Şurasının (Şura-ye Neqahban) növbəti müddətə katibi təyin edilib.

 

APA-nın İRİB-ə istinadən məlumatına görə, Məhəmmədrza Əlizadə isə yenidən qurumun vəkili olaraq seçilib.

 

Qeyd edək ki, Ə.Cənnəti 1981-ci ildə İran Konstitusiyasına Nəzarət Şurası yaradıldıqdan sonra bu qurumun ilk katibi, eyni zamanda fəqihlərindən biri olub. İranın ali dini rəhbəri, ayətullah Əli Xamneyi də ötən həftə İran Məhkəmə Sisteminin sədri, ayətullah Sadiq Amoli Laricaninin təqdim etdiyi 5 nəfərdən 3-nü şuranın hüquqşünasları kimi təyin edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR