Bakı. Real Cəfərli - APA. “ABŞ meşə qanunu tətbiq edir”. APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, bunu İranın xarici işlər naziri Əli Əkbər Salehi bildirib.
O, ABŞ senatoru Con Makkeynin Suriyaya səfər etməsini və Bəşər Əsəd rejiminə müxalif olan silahlı qruplarla görüşməsini sərt tənqid edib: “Bu, beynəlxalq konvensiyalara ziddir və İran bu davranışı sərt şəkildə qınayır”.