Bank Of Baku

Əli Əkbər Salehi: “İranda yeni AES bloklarının böyük əksəriyyəti Fars körfəzi və Xəzər dənizi sahillərində inşa olunacaq’

Əli Əkbər Salehi: “İranda yeni AES bloklarının böyük əksəriyyəti Fars körfəzi və Xəzər dənizi sahillərində inşa olunacaq’
# 13 noyabr 2013 09:14 (UTC +04:00)

Bakı - APA. İran Xəzər sahillərində atom elektrik stansiyaları inşa etmək niyyətini bir daha bəyan edib. APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, İranın Atom Enerjisi üzrə Təşkilatının rəhbəri Əli Əkbər Salehi deyib ki, gələcəkdə İranda yeni AES bloklarının böyük əksəriyyəti Fars körfəzi və Xəzər dənizi sahillərində inşa olunacaq.

 

AES-lərin bir qismi isə ölkənin mərkəzi hissəsində yerləşəcək. Əli Əkbər Salehi bu sahədə Rusiya ilə aktiv əməkdaşlıq niyyətində olduqlarını söyləyib. O, Rusiyanın köməyi ilə artıq gələn il İran ərazisində yeni AES-in tikintisinə başlanacağına ümid etdiyini bildirib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR