Bank Of Baku

ETTELAAT daha bir terrorçu dəstə zərərsizləşdirməsilə bağlı bəyanat yayıb

ETTELAAT daha bir terrorçu dəstə zərərsizləşdirməsilə bağlı bəyanat yayıb
# 03 iyun 2013 06:48 (UTC +04:00)

APA-nın “Oyannews”a istinadən verdiyi məlumata görə, bəyanatda ölkədə bu il iyunun 14-də keçiriləcək prezident seçkilərində qarışıqlıq salmağa cəhd göstərmək niyyətində olan daha bir terrorçu dəstənin zərərsizləşdirildiyi bildirilir.

 

Bəyanatda deyilir ki, İran təhlükəsizlik qüvvələri ölkə və İslam düşmənlərinə bağlı bir təxribatçı şəbəkənin varlığı ilə bağlı ipucu əldə ediblər: “Bundan sonra həmin dəstənin fəaliyyəti ilə bağlı hərtərəfli informasiyalar toplanılıb, sonda şəbəkənin bütün üzvlərinin kimliyini müəyyənləşdirərək həbs etməyə nail olublar. Terrorçu dəstənin bütün üzvlərinin həbsi ilə yanaşı, onlara məxsus gizli silah anbarı da aşkar edilərək müsadirə olunub”.

 

Bəyanatda bildirilir ki, İran və İslam düşmənlərinə bağlı xarici kəşfiyyat orqanlarının məsul şəxsləri ilə gizli görüşləri özündə əks etdirən videoçarxlar, fotoşəkillər, habelə onların adlarından ibarət siyahı da ələ keçirilən materiallardandır: “Ələ keçirilən sənədlər arasında bu terrorçu dəstənin müxtəlif xəyanətləri ilə bağlı da faktlar mövcuddur. Bu əməliyyatla bağlı ətraflı məlumat lazım gəldiyi zaman ictimaiyyətə açıqlanacaq”.

 

Terrorçu dəstə üzvlərinin sayının 12 nəfər olduğu, təqsirləndirilən şəxslərdən birinin İsrailə səfər etdiyi və bu ölkənin xarici kəşfiyyat orqanı olan “Mossad”dan müxtəliflər təlimlər aldığı da açıqlanıb.

 

ETTELAAT bəyanatda zərərsizləşdirdiyi terrorçu dəstə üzvlərinin kimliyini bildirməyib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR