Bank Of Baku

Fevralın 8-də İranla MAQATE arasında növbəti nüvə müzakirələri keçiriləcək

Fevralın 8-də İranla MAQATE arasında növbəti nüvə müzakirələri keçiriləcək
# 08 fevral 2014 01:06 (UTC +04:00)

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, MAQATE-nın nümayəndə heyətinə 2013-cü ilin oktyabrından etibarən İranla texniki müzakirələr aparan Agentliyin baş direktorunun müavini Tero Varyoranta başçılıq edir.

 

Danışıqların birinci mərhələsində Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin müfəttişləri İranın Arak bölgəsində ağır su üzərində təhqiqat reaktorunun işi və Qaçindəki uran mədənini təftiş ediblər. Qeyd edək ki, MAGATE əməkdaşlıq atmosferini yüksək qiymətləndirmişdi.

 

Yeni mərhələ çərçivəsində Parçindəki hərbi obyektin yoxlanılması gözlənilir. Xatırladaq ki, əvvəllər İran Atom enerjisi üzrə Beynəlxalq Agentliyin ekspertlərini “Parçin” hərbi obyektinə buraxmaqdan imtina edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR