Bank Of Baku

Filippində tayfun nəticəsində təxminən 1 200 nəfər həlak olub

Filippində tayfun nəticəsində təxminən 1 200 nəfər həlak olub
# 09 noyabr 2013 15:10 (UTC +04:00)

 APA-nın «Reyter» agentliyinə istinadən verdiyi xəbərə görə, təkcə Takloban şəhərində 1 000-ə yaxın cəsəd aşkarlanıb, daha 200 nəfərin isə Samar əyalətində həlak olduğu ehtimal edilir. Bu barədə Filippinin Qızıl Xaç cəmiyyəti məlumat yayıb.

Bundan bir qədər öncə isə Filippinin energetika naziri Jeriço Petilla (Jericho Petilla) bəyan edib ki, Palo şəhəri və onun ətrafında yüzlərlə sakin həlak olub.

Qeyd edək ki, hər il yağış mövsümündə (iyun-dekabr ayları) Filippin arxipelaqında onlarla tayfun müşahidə olunur. Yolanda tayfunu bu il baş verən sayca 24-cü və ən güclü külək olub. Lakin insan ölümünün sayına görə, ən yüksək göstərici 1991-ci ildə qeydə alınıb. Həmin il Filippinin Leyte adasında 6 min nəfər həlak olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR