Bank Of Baku

Firidun Abbasi: “İranın nüvə fəaliyyəti ilə bağlı gizlədəcəyi bir şey yoxdur”

Firidun Abbasi: “İranın nüvə fəaliyyəti ilə bağlı gizlədəcəyi bir şey yoxdur”
# 30 may 2013 08:10 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. “İranın bütün nüvə fəaliyyətləri Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) nəzarəti altındadır”. APA-nın İRİB-ə istinadən məlumatına görə, bunu İran Atom Enerjisi Təşkilatının rəhbəri Firidun Abbasi bildirib.

 

Onun sözlərinə görə, İranın istər sentrifuqaların sayını artırıb-artırmaması, istərsə də Ərak nüvə reaktoru ilə bağlı bütün fəaliyyətləri agentliyin nəzarəti altında olub və bu məsələdə gizlədiləcək bir şey yoxdur.

 

F.Abbasi həmçinin İranın zənginləşdirdiyi uranın miqdarı və sentrifuqaların sayı AEBA-nın icraçı direktorunun hesabatında dəqiq şəkildə öz əksini tapıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR