Bu il aprelin 1-dən Hindistanda 167 nəfər istidən ölüb. APA-nın məlumatın görə, bu barədə “Deccan Chronicle” məlumat yayıb. Məlumatlar ölkənin Telenqana ştatına aiddir. Ölümlərin yekun səbəbləro xüsusi yaradılmış komissiyanın hesabatından sonra məlum olacaq. Bildirilir ki, son günlər Telenqanada temperatur 40 dərəcədən aşağı düşmür. Ştatın bəzi bölgələrində isti 47 dərəcəyə kimi qalxa bilir.
2016-cı ildə Hindistanda istidən 700 nəfər ölüb.