Bank Of Baku

Hindistanın XİN rəhbəri İrana səfər edib

Hindistanın XİN rəhbəri İrana səfər edib
# 16 aprel 2016 20:15 (UTC +04:00)

Tehran. Süleyman Fərzəliyev-APA. Hindistanın xarici işlər naziri Suşma Surac bu gün  Tehrana rəsmi səfərə gəlib. APA-nın Tehran  bürosunun məlumatına görə,  xanım  S.Surac Tehranda  İranlı həmkarı Məhəmməd Cavad Zərif və digər rəsmilərlə  iki ölkənin əlaqələrini inkişaf etdirmək  məqsədi ilə fikir mübadiləsi aparacaq.

 

Qeyd edək ki, ötən  həftə  Hindistanın enerji naziri  Dharmendra Pradhan Tehrana səfər edib və İranın neft naziri Bijən Namdar Zəngənə  və  İran Mərkəzi Bankının sədri Vəliyullah Seyflə görüşüb. İki ölkə arasında əldə olunan razılığa əsasən, İran Hindistana neft satdığına görə pulu vahid Avropa valyutasında alacaq. İki ölkə arasında neft satışı ilə bağlı yeni müqavilələr imzalanıb. Hazırda İran Hindistana sutkada 350 min barel neft ixrac edir.

 

B. N. Zanqan bildirib ki, İrana qarşı sanksiyaların ləğvi ilə əlaqədar Hindistana neft ixracı artırılacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR