Bank Of Baku

İndoneziyada fişəng zavodunda partlayış nəticəsində 47 nəfər ölüb

İndoneziyada fişəng zavodunda partlayış nəticəsində 47 nəfər ölüb
# 26 oktyabr 2017 14:06 (UTC +04:00)

İndoneziyanın paytaxtı Cakarta şəhərində yerləşən fişəng zavodunda baş verən partlayış nəticəsində 47 nəfər ölüb.

 

APA-nın “South China Morning Post”a istinadən verdiyi xəbərə görə, yerli polis əməkdaşı hadisə nəticəsində daha 46 nəfərin yaralandığını deyib. Onlar yaxınlıqda yerləşən üç xəstəxanaya çatdırılıb.

 

Ölənlərin əksəriyyətinin cəsədləri yandığı üçün kimliklərini təyin etmək çətindir.

 

Hazırda hadisənin səbəbi araşdırılır. 

 

Qeyd edək ki, fişəng zavodu bir neçə həftə əvvəl fəaliyyətə başlayıb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR