Bank Of Baku

Cakartada törədilən partlayış nəticəsində ölənlərin sayı artıb - YENİLƏNİB

Cakartada törədilən partlayış nəticəsində ölənlərin sayı artıb - <span style="color: red;">YENİLƏNİB
# 24 may 2017 21:47 (UTC +04:00)

İndoneziyanın paytaxtı Cakartada baş verən iki partlayış nəticəsində 3 polis əməkdaşı ölüb.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, ilkin ehtimala əsasən, iki terrorçu-kamikadze üzərilərindəki partlayıcı qurğunu işə salıblar. 

 

Hadisə nəticəsində 10 nəfər yaralanıb, onlardan 5-in asayiş keşikçisi olduğu bildirilir. Partlayışlar avtobus dayanacağında baş verib.

 

Paytaxt polisindən verilən məlumata görə, partlayışları törədənlərin şəxsiyyətləri müəyyənləşdirilir.  Hazırda heç bir terror qruplaşması partlayışa görə məsuliyyəti öz üzərinə götürməyib.

 

***

 

20:17

 

İndoneziyanın paytaxtı Cakartada bir-birinin ardınca iki partlayış baş verib.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 2 nəfər ölüb, 1 polis əməkdaşı yaralanıb.

 

Partlayışların avtobus dayanacağında baş verdiyi, ölənlərdən birinin terrorçu-kamikadze olduğu ehtimal edilir. İnsidentin digər təfərrüatları barədə məlumat verilmir. 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR