Bank Of Baku

İran ağır tankları daşıya bilən hərbi texnika istehsal edib

İran ağır tankları daşıya bilən hərbi texnika istehsal edib
# 22 iyul 2013 12:32 (UTC +04:00)

Bakı. Real Cəfərli-APA. İran ağır tankları daşımaq qabiliyyətinə malik hərbi texnika istehsal edib. APA-nın məlumatına görə, “Səyyad” adı verilmiş hərbi nəqliyyat vasitəsi İran Quru Qoşunlarının komandanı, general-leytenant Əhmədrza Purdəstanın iştirakı ilə istifadəyə verilib. General deyib ki, İran Quru Qoşunlarının mühəndisləri və texniki bölməsinin təşəbbüsü ilə böyük yük avtomobili tank daşıyan texnikaya çevrilib: “Bu texnika tank və ağır zirehi təchizatı daşımağa qadirdir. Ümumiyyətlə, “Səyyad” 200 ton ağırlığındakı təchizatı daşıya bilir. Onun sürəti çoxdur və kabinəsi də yüksək ustalıqla dizayn edilib. Bu avtomobil müxtəlif iqlim şəraitində yüksək manevr qabiliyyətlərinə də malikdir. “Səyyad” hər cür zirehli vasitəni əməliyyat bölgələrinə ən qısa müddətdə və sürətli şəkildə çatdırmaq qabiliyyətinə sahibdir”.

 

Ə. Purdəstan həmçinin “Naziat” raketlərinin yeni nəslinin istehsal edildiyini də vurğulayıb. Qeyd edək ki, “Naziat 10” qısa mənzilli raketdir və 130 kilometr uzaqlıqdakı hədəfi vurmaq qabiliyyətinə malikdir.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR