İran Ali Milli Təhlükəsizlik Şurası: “Hərtərəfli Birgə Fəaliyyət Planı yenidən müzakirə oluna bilməz”

İran Ali Milli Təhlükəsizlik Şurası: “Hərtərəfli Birgə Fəaliyyət Planı yenidən müzakirə oluna bilməz”
# 13 oktyabr 2017 23:44 (UTC +04:00)

İran İslam Respublikası Ali Milli Təhlükəsizlik Şurası ABŞ prezidenti  Donald Trampın  çıxışına və bu ölkənin İrana  qarşı yeni strategiyasının elan edilməsinə dair bəyanat yayımlayıb.

 

APA-nın Tehran bürosunun məlumatına görə,   bəyanatda bildirilir ki, İranın xarici siyasəti  1979-cu ildə İslam İnqilabı qələbə qazandığı ilk gündən beynəlxalq hüquq normaları, qanunları və qaydaları əsasında tənzimlənib və icra olunub.  Digər ölkələrlə münasibətdə onların daxili işinə müdaxilə etməmək siyasətini yürüdüb”.

 

Bəyanatda qeyd olunub ki, İran dəfələrlə nüvə enerjisindən  sülh məqsədi ilə istifadə edəcəyini açıqlayıb:  “Biz  nüvə proqramına qarşı  İran və 5+1 ölkələri arasındakı müzakirələri  nəticələndirməklə  və bu  saxta böhranın həlli üçün  öz xoş niyyətimizi nümayiş etdirdik.  Amerika isə  HBFP-yə qarşı götürdüyü öhdəlikləri  ilk gündən pozub, əngəllər yaradıb və  bəzi hallarda  üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyib. HBFP beynəlxalq bir sənəddir və  müasir diplomatiya sahəsində misilsiz bir müvəffəqiyyətdir.  Bu nə yenidən müzakirə oluna bilər və yaxud dəyişdirilə bilər.   HBFP  ikitərəfli razılaşma deyil ki,  bir nəfərin çıxması ilə  etibardan düşsün”. 

 

Ali Milli Təhlükəsizlik Şurasının bəyanatında həmçinin qeyd olunub ki, İslam İnqilabı Keşikçilər Korpusunun (Sepah) regiondakı terrorçularla mübarizədə ön cəbhədəki rolu danılmazdır: “Sepah İran İslam Respublikasının Silahlı Qüvvələrinin bir hissəsi kimi  təkfirçi terroristlər qarşısında  möhkəm bir dayaq olub və regionda sabitliyin tədricən yaranmasının əsas səbəbkarıdır. Amerika hökumətinin və yaxud Konqresinin  Sepaha qarşı hər hansı strateji səhvi İran xalqının nifrət və qəzəbinə səbəb olacaq”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR