APA-nın “Frans Press”ə istinadən verdiyi xəbərə görə, bu barədə agentlik AEBA-nın ekspertlərinə istinadən məlumat yayıb.
Beləliklə İran öz nüvə proqramının genişləndirilməsini dayandırıb.
Agentlik qeyd edir ki, İran zənginləşdirilmiş uranın həcminə dair İsrailin müəyyən etdiyi “qırmızı xətti” keçməyib.
Bununla belə, İran zənginləşdirilmiş uranın həcmini üç ay ərzində 5 faiz artıraraq 196 kiloqrama çatdırıb.
Qeyd edək ki, nüvə silahının istehsalı üçün azı 250 kiloqram zənginləşdirilmiş uran lazımdır.