Bakı – APA. “İran Türkiyənin neft və qaz ehtiyaclarını tam qarşılamağa hazırdır”.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Türkiyəyə səfəri zamanı İran prezidenti Həsən Ruhani bəyan edib.
Türkiyəli həmkarı ilə birgə brifinqdə jurnalistlərin suallarını cavablandıran H. Ruhani ölkəsinin Türkiyənin enerji təhlükəsizliyinin təminatı ola biləcəyini bildirib.
O qeyd edib ki, Ərdoğanla görüş zamanı turizm və nəqliyyat sahələrində əməkdaşlıq barədə razılıq əldə olunub.