Bakı. Real Cəfərli - APA. “Allahdan ümid kəsilməz”. APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, bunu İran prezidenti Mahmud Əhmədinejad İran Konstitusiyasına Nəzarət Şurası (Şura-ye Negəhban) tərəfindən prezidentliyə namizədliyi rədd edilən qudası İsfəndiyar Rəhim Məşayinin səlahiyyətinin təsdiqlənməməsi ilə bağlı suala cavabında bildirib.
M.Əhmədinejad hökumətin İran prezidentliyə namizəd Səid Cəlilini dəstəkləyib-dəstəkləməyəcəyi sualına isə cavab verməyib və susmaqla kifayətlənib.
İranda prezident seçkiləri bu il iyunun 14-də keçiriləcək.