Bank Of Baku

İran prezidentinin helikopteri məcburi eniş edib

İran prezidentinin helikopteri məcburi eniş edib
# 02 iyun 2013 19:30 (UTC +04:00)

Bakı. Real Cəfərli – APA. İran prezidenti Mahmud Əhmədinejad ölkənin ən böyük tunelinin açılış mərasimində iştirakı zamabı ölüm təhlükəsi ilə üzləşib.

 

APA-nın məlumatına görə, buna səbəb M. Əhmədinejadla yanaşı, içərisində bəzi nazirlər və millət vəkillərinin də olduğu helikopterdə Əlborz dağı yüksəkliklərində texniki nasazlığın baş verməsi olub. Ancaq pilot öz məharəti sayəsində helikopterə və içərisindəkilərə heç bir xəsarət yetirmədən yerə endirə bilib. İran prezidenti xoşagəlməz hadisəyə baxmayaraq tunelin açılış mərasimində iştirak edib. O, Tehrana avtomobillə qayıdıb.

 

Helikopterdəki nasazlığın təfərrüatı barədə məlumat verilməyib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR