Bakı. Məlahət Nəcəfova - APA. İran dekabrın 13-nə keçən gecə saxladığı ABŞ Hərbi Dəniz Qüvvələrinin əsgərlərini azad edib.
APA-nın məlumatına görə, bu barədə “RİA Novosti” məlumat yayıb.
Xatırladaq ki, İran dənizçiləri Fars körfəzində ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus iki qayığı saxlayıb. Gəmilərdə biri qadın olmaqla 10 nəfər olub. Hadisə qayıqlar Küveytdən Bəhreynə doğru hərəkət edərkən baş verib. Onlar İranın ərazi sularına daxil olublar.