Bank Of Baku

İran Suriya iqtidarı və müxalifəti arasında təmas qrupunun yaradılmasını təklif edir

İran Suriya iqtidarı və müxalifəti arasında təmas qrupunun yaradılmasını təklif edir
# 30 may 2013 00:36 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. Mayın 29-da İranın paytaxtı Tehran şəhərində Suriya ilə bağlı beynəlxalq konfrans keçirilib. APA-nın məlumatına görə, “Siyasi həll yolu; regionun sabitliyi” devizi altında keçirilən birgünlük toplantıda 40-dan çox ölkənin, eləcə də regional və beynəlxalq təşkilatın nümayəndəsi iştirak edib. Azərbaycan Respublikasını isə konfransda xarici işlər nazirinin xüsusi müşaviri Məmməd Əliyev təmsil edib. BMT baş katibi Pan Gi Mun, İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi Əkmələddin İhsanoğlu və BMT baş katibinin Suriya üzrə xüsusi nümayəndəsi Əhzar İbrahimi toplantıya məktub göndərib. Səudiyyə Ərəbistanı və Qətər isə dəvət edilmələrinə baxmayaraq konfransa nümayəndə göndərməyib. Tədbirə Suriya iqtidarı və müxalifətindən də heç bir nümayəndə qatılmayıb. Tədbirin keçirilməsində məqsəd Suriyadakı böhrandan çıxmaq üçün diplomatik həll yollarını tapmaq olub. İran Suriya iqtidarı və müxalifəti arasında əlaqələr qurulması üçün təmas qrupunun yaradılmasını təklif edib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR