Bank Of Baku

İran təhlükəsizlik qüvvələri prezidentliyə namizədin görüşünə müdaxilə edib

İran təhlükəsizlik qüvvələri prezidentliyə namizədin görüşünə müdaxilə edib
# 03 iyun 2013 09:10 (UTC +04:00)

Bakı. Real Cəfərli – APA. İran prezidentliyinə namizəd Həsən Ruhaninin təbliğat-təşviqat kampaniyası zamanı qarışıqlıq baş verib. APA-nın “Radiofərda”ya istinadən verdiyi məlumata görə, buna səbəb görüş iştirakçılarının bəzi siyasi şüarlar səsləndirməsi olub. Belə ki, yığıncaqda hazırda üç ilə yaxındır ev dustaqlığında saxlanılan İran müxalifətinin liderləri Mirhüseyn Musəvi və Mehdi Kərrubinin azadlığa buraxılması istənilib. Eyni zamanda onların şəkilləri olan plakatlar qaldırılıb, “Ya Hüseyn, Mirhüseyn!”, “Siyasi məhbuslar azad olsun!” kimi şüarlar səsləndirilib. İran təhlükəsizlik qüvvələri toplantıya müdaxilə edərək bir neçə fəalı həbs edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR