Bank Of Baku

İran telekanalının Qahirə ofisinin rəhbəri həbs edilib

İran telekanalının Qahirə ofisinin rəhbəri həbs edilib
# 21 iyul 2013 22:05 (UTC +04:00)

Bakı. Real Cəfərli-APA. İranın ərəb dilində yayımlanan “əl-Aləm” telekanalının Qahirə ofisinin rəhbəri həbs edilib.

 

APA-nın “Radiofərda”ya istinadən verdiyi məlumata görə, iyulun 20-də Misirin Mətbuata Nəzarət Təşkilatının təhlükəsizlik qüvvələri “əl-Aləm” telekanalının Qahirə ofisində yoxlama apararaq, telekanalın bütün avadanlıqlarını, o cümlədən kamera və kompüterlərini müsadirə ediblər.

 

Ofisinin rəhbəri Əhməd Seyfi prokurorluqda dindirilmək üçün saxlanılıb. Misir təhlükəsizlik xidməti yoxlamaların telekanalın lisenziyası ilə bağlı probleminin olması ilə izah edilib.

 

Telekanaldan isə bilirilib ki, Ə. Seyfi əvvəllər lisenziya almaq üçün müvafiq qurumlara müraciət etsə də, konkret səbəb göstərilmədən onun müraciəti rədd edilib: “Təxminən bir ay əvvəl ilk dəfə açıq fəaliyyət göstərməyimizə icazə verilməsi üçün keçmişdəkindən fərqli olaraq müraciət etmişik. Ancaq Məhəmməd Mursi devrildikdən və ordu hakimiyyətə gəldikdən sonra bir neçə telekanal, o cümlədən “Müsəlman qardaşları” partiyasına məxsus telekanal (“Misir 25") qapadılıb. Bu günlərdə Misir təhlükəsizlik qüvvələri “əl-Cəzirə” və “Mobaşer-e Mesr” telekanallarının ofislərinə basqın ediblər, ən azı 5 nəfər həbs edilib. Bundan başqa, “əl-Hafiz” və “əl-Nas” telekanalları da bağlanacaq”. 

 

Qeyd edək ki, “əl-Aləm” İran Dövlət Teleradio Təşkilatına (İRİB) məxsus telekanaldır. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR