Bakı. Real Cəfərli - APA. İran “altılıq” ölkələri ilə nüvə müzakirələrini davam etdirilməsinin tərəfdarıdır.
APA-nın məlumatına görə, bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü Seyid Abbas Əraqçı bildirib.
Onun sözlərinə görə, İranın indiyədək nüvə fəaliyyətlərinin yoxlanması məsələsində lazımi şəkildə dəqiq və açıq bir mövqe ortaya qoyub: “Amma qarşı tərəf yaxşı niyyətdən çəkinib. Onların əsl niyyəti İranın nüvə fəaliyyətlərini dayandırmaqdır”.