Bank Of Baku

İranda 2 nəfər edam edilib

İranda 2 nəfər edam edilib
# 04 iyun 2013 16:56 (UTC +04:00)

Bakı. Real Cəfərli – APA. İranın Tehran vilayətində 2 nəfər edam edilib. APA-nın məlumatına görə, dara çəkilən məhbuslardan biri Əfqanıstan vətəndaşıdır. Əfqan məhbus qətldə və oğurluqda, digər məhbus isə qayınatasının sifətinə kimyəvi turşu tökməkdə ittiham edilib. Məhbuslar barəsində aşağı instansiya məhkəməsinin çıxardığı qərar İranın Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra Kərəc şəhərinin Rəcayişəhr həbsxanasında icra edilib.

 

Qeyd edək ki, İran edamların sayına görə Çindən sonra ikinci yerdədir. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR