Bakı. Real Cəfərli - APA. İranda 3 nəfər edam edilib. APA-nın məlumatına görə, onlardan biri qadın, ikisi isə kişidir.
Məhbuslardan ikisi qətldə, biri isə narkotik maddələrin qaçaqmalçılığında günahlandırılaraq dara çəkiliblər. Onlardan ikisi Əlborz vilayətinin mərkəzi Kərəc, biri isə Mazandaran vilayətinin mərkəzi Sari şəhərində edam ediliblər. Dara çəkilmiş qadın məhbusun ad və soyadı da açıqlanıb. Mitra Şahnazi 11 il əvvəl həbs edilib. Digər məhbusların ad və soyadları isə açıqlanmayıb. Qərar İran Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra oktyabrın 29-da səhər saatlarında Sari şəhərinin həbsxanasında və oktyabrın 30-da səhər saatlarında Kərəc şəhərinin Rəcayişəhr həbsxanasında icra edilib.