Bank Of Baku

İranda 9 nəfər edam edilib

İranda 9 nəfər edam edilib
# 24 iyun 2014 07:13 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranda 9 nəfər edam edilib.

 

APA-nın verdiyi məlumata görə, məhbuslardan biri qətldə təqsirləndirilərək İranın Qərbi Azərbaycan, digər 8 nəfər isə narkotik maddələrin qaçaqmalçılığında günahlandırılaraq Gilan vilayətində asılıblar.

 

Belə ki, Heymən Bənavəndə Sulduz (Nəqədə) həbsxanasında edam edilib. Qərar İran Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra iyunun 22-də səhər saatlarında icra edilib. Ancaq bu edamla bağlı İran rəsmi mətbuatı və müvafiq orqanları heç bir məlumat dərc etməyib. Ümumiyyətlə, statistik məlumatlar artıq İranda edamların yarısının gizli şəkildə icra edildiyini göstərir. 

 

Dara çəkilmiş digər 8 məhbusun yalnız ad və soyadlarının baş hərfləri, həmçinin nə qədər və hansı narkotik maddələrə görə tutulduqları qeyd olunub. Qərar İran Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra iyunun 23-də səhər saatlarında Rəşt həbsxanasında icra edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR