Bank Of Baku

İranda avtobus yük maşını ilə toqquşub, ölən və yaralananlar var

İranda avtobus yük maşını ilə toqquşub, ölən və yaralananlar var
# 18 iyun 2014 08:47 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranın Rəzəvi Xorasan vilayətində ağır yol qəzası baş verib.

 

APA-nın İRNA-ya istinadən verdiyi məlumata görə, Tərbət Heydəriyyə - Məşhəd yolunun 30-cu kilometrində sərnişin avtovusu TIR-la toqquşub.

 

Nəticədə avtobus hissələrə bölünüb. Sərnişinləri xüsusi alətlər vasitəsi ilə dəmir parçalarının arasından çıxarmaq mümkün olub.

 

Hadisə nəticəsində 1 nəfər ölüb, 7 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar yaxınlıqdakı xəstəxanaya yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR