Bank Of Baku

İranda prezident seçkilərini 120 xarici jurnalist izləyəcək

İranda prezident seçkilərini 120 xarici jurnalist izləyəcək
# 29 may 2013 11:18 (UTC +04:00)

Bakı. Real Cəfərli – APA. “Bu il iyunun 14-də İranda keçiriləcək prezident seçkilərini ölkədə bürosu olan 120 xarici mətbuat nümayəndəsinin izləmək icazəsi var”.

 

APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, bunu İranın islami irşad və mədəniyyət naziri Seyid Məhəmməd Hüseyni bildirib.

 

Onun sözlərinə görə, ölkə xaricindən də bəzi kütləvi informasiya vasitələri prezident seçkilərini izləmək üçün müraciət ediblər.

 

M. Hüseyni bundan əvvəlki seçkilərdə bir sionist jurnalistin avropalı həmkarı ilə birgə İrana daxil olmağa çalışdığını xatırladıb: “Bu baxımdan İran təhlükəsizlik qüvvələri seçkiləri izləyəcək jurnalistlərin ölkəyə girişinə ciddi nəzarət etməlidirlər”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR