Bakı. Real Cəfərli - APA. İranda təyyarə qəza enişi edib.
APA-nın İRNA-ya istinadən verdiyi məlumata görə, hadisə mayın 26-da Bakı vaxtı ilə günorta saat 14:52-də İranın Kirman vilayətində baş verib.
Tehran-Rəfsəncan aviareysini həyata keçirən təyyarənin hidravlik qurğusunda nasazlıq olub. Ancaq pilotlar təyyarəni Kirman şəhər beynəlxalq hava limanına endirməyi bacarıblar. Təyyarədəki 68 nəfər ekipaj üzvü və sərnişinin vəziyyətinin yaxşı olduğu bildirilir.
Qeyd edək ki, İranın təyyarə parkı tamamilə köhnəldiyindən, texniki nasazlıq tez-tez baş verir. Bəzən xeyli insan tələfatı ilə nəticələnən qəzalar da olur. Çünki ABŞ-ın tətbiq etdiyi sanksiyalar səbəbindən İran həmin təyyarələrin ehtiyat hissələrini ala bilmir.