Bank Of Baku

İranda təyyarədə yanğın baş verib

İranda təyyarədə yanğın baş verib
# 27 may 2014 13:18 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranda təyyarədə yanğın baş verib. APA-nın “Mehr” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) ictimaiyyətlə əlaqələr şöbəsi xəbər yayıb.

 

Məlumatda bildirilib ki, bu gün günorta saatlarında SEPAH-ın Aerokosmik Qüvvələrinə məxsus “Antonov” tipli təyyarədə təlim uçuşu həyata keçirdikdən sonra Yəzd şəhərinin hava limanına enişi əsnasında texniki nasazlıq səbəbindən yanğın olub. Ancaq pilotlar təyyarəni yerə endirməyi bacarıb və yanğın dərhal söndürülüb. Təyyarənin ekipaj üzvləri və sərnişinlərinə heç bir şey olmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR