Bank Of Baku

İranın Əfqanıstandakı səfirliyi qarşısında etiraz aksiyası keçirilib - FOTO

İranın Əfqanıstandakı səfirliyi qarşısında etiraz aksiyası keçirilib - <span style="color: red;">FOTO
# 01 iyun 2013 13:52 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranın Əfqanıstandakı səfirliyi qarşısında etiraz aksiyası keçirilib. APA-nın “Radiofərda”ya istinadən verdiyi məlumata görə, buna səbəb rəsmi Tehranın Kabilin daxili işlərinə qarışması, etnik qruplar arasında ixtilaf salmağa çalışmasıdır.

 

Yüzlərlə əfqan əllərində bayraqlar və plakatlarla səfirliyin binası qarşısına toplaşıblar və İran əleyhinə müxtəlif şüarlar səsləndiriblər. Onlar vitse-prezidenti, ölkə parlamentinin 3 deputatını və Bəlx vilayətinin valisini İrana casusluq etməkdə günahlandıraraq Əfqanıstan prezidentini onların qarşısını almağa çağırıblar. Eyni zamanda nümayişçilər səfirliyin binası qarşısında İran rəsmilərinin şəkillərini yandırıblar. Bundan əlavə, aksiya iştirakçıları İranın əfqanları ölkədən deportasiya etməyi dayandırmasını və həbsxanalarda olan əfqanların edamına son qoymasını istəyiblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR