Bank Of Baku

İranın Ərbildəki Baş Konsulluğuna hücum olub

İranın Ərbildəki Baş Konsulluğuna hücum olub
# 10 noyabr 2013 20:31 (UTC +04:00)

Bakı. Real Cəfərli – APA. İranın İraqın Ərbil şəhərində yerləşən Baş Konsulluğuna hücum olub.

 

APA-nın İRİB-ə istinadən verdiyi məlumata görə, hadisə noyabrın 8-də baş versə də, xəbər yenicə yayılıb.

 

Hücuma səbəb kimi İran hökumətinin kürd terrorçu təşkilatlarının üzvləri olan bir neçə nəfəri edam etməsi göstərilir. Belə ki, bir qrup şəxs Ərbil şəhərinin Şandır parkında toplaşıb, onlar daha sonra İran konsulluğuna doğru hərəkət ediblər. Şimali İraq təhlükəsizlik qüvvələri nümayişçiləri dağıdıb, onlardan 7 nəfərini isə həbs edib. Şimali İraq rəhbərliyi İranın Ərbildəki Baş Konsulluğuna hücumu pisləyib, günahkarların cəzalandırılacağını açıqlayıb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR