Bakı. Real Cəfərli - APA. Bir müddət əvvəl İranın nüvə obyektinə qarşı təxribat törətmək cəhdi ilə əlaqədar tutulmuş şəxslərin metal qırıntıları oğurladıqları müəyyənləşib.
APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, İranın informasiya, təhlükəsizlik və kəşfiyyat (ETTELAAT) naziri Mahmud Ələvi bildirib ki, həmin şəxslər nüvə obyektinin yaxınlığındakı metal qırıntılarını oğurlayırlarmış: “Onlar təxribatçı deyillər. Çünki nüvə obyektinin 1,5 metrlik hasarı var, onun kənarında isə xırda dəmir və polad qırıntıları var. Hətta onlar yığdıqları qırıntıları bazara satmağa da aparıblar. Ona görə də onların işi ilə məşğul olmaq ETTELAAT-a düşmür”. Ancaq nazir İranın nüvə obyektlərinə qarşı hər zaman təxribatların ola biləcəyi faktını da istisna etməyib.
Qeyd edək ki, İranın Atom Enerjisi Təşkilatının sədri Əli Əkbər Salehi bir müddət öncə düşmənin ölkənin nüvə obyektlərinə zərbə vurulması istiqamətindəki bəzi planlarının pozulduğunu açıqlayıb: “İranın bir nüvə obyektinə qarşı təxribat cəhdinin qarşısı alınıb və məsələ ilə bağlı 4 nəfər həbs edilib.