Bank Of Baku

İranın Şərqi Azərbaycan vilayətinə yeni vali təyin edilib

İranın Şərqi Azərbaycan vilayətinə yeni vali təyin edilib
# 31 oktyabr 2013 11:16 (UTC +04:00)

Bakı. Real Cəfərli – APA. İranın Şərqi Azərbaycan vilayətinə yeni vali təyin edilib.

 

APA-nın AZOH-a istinadən məlumatına görə, İran Nazirlər Kabinetinin oktyabrın 30-də keçirilmiş yığıncağında tanınmış azərbaycanlı siyasətçi, doktor İsmayıl Cabbarzadə bu posta gətirilib. Bundan əlavə, toplantıda Məhəmməd Nasir Nibəxt Həmədan, Seyid Məhəmməd Mirməhəmmədi isə Yəzd vilayətinə vali təyin edilib.

 

Qeyd edək ki, İ.Cabbarzadə Xoy şəhərində anadan olub. İran parlamentində 16 il (IV, V, VI və VII çağırış) Təbriz, Üskü və Azərşəhr (Tufarqan) şəhərlərinin deputatı olub. Eyni zamanda İran parlamentinin Rəyasət Heyətinin üzvü (VI çağırış) və parlamentin büdcə və planlaşdıırma komissiyası sədrinin müavini (VII çağırış) olub. Hazırda Təbriz Universitetinin Elmi Heyətinin üzvüdür.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR