Bank Of Baku

İranın vitse-prezidenti Həsən Ruhanini tənqid edib

İranın vitse-prezidenti Həsən Ruhanini tənqid edib
# 19 iyul 2013 16:33 (UTC +04:00)

Bakı. Real Cəfərli-APA. İran prezidentinin parlament məsələləri üzrə müavini yeni prezidenti tənqid edib. APA-nın “Radiofərda”ya istinadən məlumatına görə, Məhəmmədrza Mirtacəddini bildirib ki, Həsən Ruhaninin hökumətin son illərdə məşğulluğun artırılması, yəni yeni iş yerlərinin yaradılması ilə bağlı təqdim etdiyi statistikası dəqiq deyil və qeyri-peşəkarlıqdan xəbər verir: “Onun qeyri-peşəkarcasına söylədikləri arxivdə qalacaq”.

 

Onun sözlərinə görə, Əmək, Kooperativlər və Əhalinin Sosial Müdafiəsi Nazirliyi IX və X hökumətlərdə məşğulluğun artırılması ilə bağlı sənədləşdirilmiş hesabatlar təqdim etmək üçün məsuliyyət daşıyır: “Hökumət də öz gördüyü işlərlə bağlı hazırladığı hesabatı dərc etdirəcək”.

 

İranın vitse-prezidenti deyib ki, İranın kiçik vilayətlərində ildə 14 min yeni iş yeri açılıb: “Bəzi vilayətlərdə isə ildə 100 min yeni iş yeri yaradılıb”.

 

Qeyd edək ki, H. Ruhani İran parlamentində millət vəkilləri ilə qeyri-rəsmi görüşü zamanı ölkədəki iqtisadi vəziyyəti tənqid edib: “Əgər belə gedərsə, növbəti dörd ildə universitetlərdən məzun olan 4 və ya 5 milyon cavan işsiz qalacaq. İran Statistika Mərkəzinin məlumatına görə, ölkədə dörd il ərzində, 2006-2010-cu illərdə cəmi 14 min yeni iş yeri yaradılıb. Bu rəqəm də ölkədəki vəziyyəti göstərməsi üçün kifayətdir”.   

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR