Bank Of Baku

İranın yeni prezidentinin andiçmə mərasiminə Musəvi və Kərrubinin də qatılması təklif olunur

İranın yeni prezidentinin andiçmə mərasiminə Musəvi və Kərrubinin də qatılması təklif olunur
# 20 iyul 2013 16:03 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İran hakimiyyətinə müxalif, mərhum ayətullah Həsənəli Müntəzirinin oğlu Hüseynəli Müntəziri ölkənin ali dini lideri, ayətullah Əli Xamneyiyə məktub yazıb.

 

APA-nın “Radiofərda”ya istinadən məlumatına görə, Hüseynəli Müntəziri məktubunda 2009-cu ildə İranda keçirilmiş prezident seçkilərindən sonra həbsə alınaraq üç ilə yaxındır ev dustaqlığında saxlanılan ölkə müxalifətinin liderləri Mirhüseyn Musəvi və Mehdi Kərrubinin yeni prezident Həsən Ruhaninin andiçmə mərasimində iştırakına şərait yaradılmasını təklif edib.

 

Məktubda bildirilir ki, bu gün ölkədəki siyasi və iqtisadi şəraiti, xalqın vəhdətini və həmrəyliyini yaratmaq səyləri həmişəkindən daha çox hiss edilir: “Bütün bunlara əsaslanaraq M.Musəvi, M.Kərrubi, xanım Zəhra Rəhnəvərd və ümumiyyətlə, bütün siyasi və əqidə məhbuslarının inauqurasiya mərasimində iştirakının təmin edilməsinə göstəriş verəsiniz”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR