Bank Of Baku

İranın Zəncan vilayətində son bir neçə gün ərzində 2846 peyk antenası toplanıb

İranın Zəncan vilayətində son bir neçə gün ərzində 2846 peyk antenası toplanıb
# 31 may 2013 08:31 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. Son bir neçə gün ərzində İranın Zəncan vilayətində peyk antenalarının toplanılması ilə bağlı əməliyyat keçirilib.

 

APA-nın HRAZ-a istinadən məlumatına görə, polislər evlərə daxil olur, peyk antenalarını məcburi şəkildə toplayır, onları sındırır və əzirlər.

 

Zəncan vilayətinin Polis İdarəsinin əməliyyat-axtarış tədbirləri şöbəsinin rəisi Behruz Ağacanlu bildirib ki, son günlər məntəqədə evlərdən 2846 peyk antenası toplanılıb: “Həmin mənzillərin sahibləri cəzalandıracaqlar. Bundan sonra evlərinin üzərində peyk antenası quraşdıranlar və bu işlə məşğul olanlar da cəzalandıracaqlar”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR