Bank Of Baku

İranla “altılıq” ölkələri arasında siyasi və texniki müzakirələr iyunun 16-20-də keçiriləcək

İranla “altılıq” ölkələri arasında siyasi və texniki müzakirələr iyunun 16-20-də keçiriləcək
# 27 may 2014 13:22 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranla “altılıq” ölkələri arasında həm siyasi, həm də texniki müzakirələr iyunun 16-20-də keçiriləcək.

 

APA-nın “Mehr” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bunu İran xarici işlər nazirinin beynəlxalq və hüquqi məsələlər üzrə müavini Seyid Abbas Əraqçı bildirib.

 

Onun sözlərinə görə, İstanbulda İran xarici işlər naziri Məhəmməd Cavad Zəriflə Avropanın xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton arasında keçirilən qeyri-rəsmi görüş başa çatıb: “İranla “altılıq” ölkələri arasında Vyanada keçirilməsi planlaşdırılan növbəti nüvə müzakirələrində necə irəliləyişə nail olmaq barədə tərəflər arasında aparılan danışıqlar faydalı olub”.

 

Qeyd edək ki, M.C.Zərif və K.Eşton mayın 26-da İstanbul şəhərindəki Çırağan otelində və İranın İstanbuldakı baş konsulluğunda işgüzar şam yeməyində bir araya gəliblər. Eyni zamanda bu gün tərəflər arasında növbəti ikitərəfli görüş keçirilib. Bundan əlavə, bu gün İstanbulda İranla “altılıq” ölkələri arasında ekspertlər səviyyəsində növbəti nüvə müzakirələri keçirilib. Danışıqlarda İran nümayəndə heyətinə Xarici İşlər Nazirliyinin beynəlxalq və siyasi məsələlər idarəsinin müdiri Həmid Bəidinejad rəhbərlik edib. “Altılıq” ölkələrini isə Avropanın xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsinin müavini Stefan Klement təmsil edib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR