Bank Of Baku

İranla AEBA arasında növbəti nüvə danışıqları noyabrın 11-də Tehranda keçiriləcək

İranla AEBA arasında növbəti nüvə danışıqları noyabrın 11-də Tehranda keçiriləcək
# 30 oktyabr 2013 09:35 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranla Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) arasında XIII dövr nüvə danışıqlarının keçiriləcəyi məkan da məlum olub.

 

APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, hər iki tərəf də  növbəti nüvə danışıqlarının noyabrın 11-də Tehranda keçirilməsi ilə bağlı razılığa gəliblər.

 

Bundan əlavə, İranla AEBA nümayəndə heyətlərinin oktyabrın 29-da ikigünlük müzakirələrin yekunlarına həsr olunmuş birgə yaydıqları bəyanatın mətni də açıqlanıb.

 

Sənəddə bildirilir ki, İranın xarici işlər nazirinin müavini Seyid Abbas Əraqçı ilə AEBA-nın icraçı direktoru Yukiya Amano arasında keçirilən görüşdən sonra hər iki tərəf oktyabrın 28-29-da Vyanada faydalı müzakirələr aparıblar: “İran problemlərin həlli, əməkdaşlıq və dialoqun güclənməsi üçün yeni bir təklif təqdim etdi. Tərəflər arasındakı konstruktiv müzakirələrdən sonra bu il noyabrın 11-də Tehranda əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə bir araya gəlinməsi qərarlaşdırıldı”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR