Bank Of Baku

İraq Kürdüstanı parlamentinin yaxınlığında atışma olub

İraq Kürdüstanı parlamentinin yaxınlığında atışma olub
# 29 oktyabr 2017 18:09 (UTC +04:00)

Ərbil şəhərində, İraq Kürdüstanı parlamentinin yaxınlığında atışma baş verib.

 

APA-nın məlumatına görə, bu barədə “Sky News Arabia” telekanalı xəbər verib.

 

Məlumata görə, Məsud Bərzaninin tərəfdarları parlamentə hücum edib. Muxtariyyətin güc strukturları hücumun qarşısını alıb.

 

RİA Novosti agentliyinin xəbərinə görə, İraq Kürdüstanı parlamentinin mətbuat katibi yayılan məlumatın şaiyə olduğunu bildirib.

 

Qeyd edək ki, bu gün İraq Kürd Bölgə Muxtariyyətinin rəhbəri Məsud Bərzani istefa verib. M. Bərzaninin istefa barədə məktubu muxtariyyət parlamentinin qapalı toplantısında oxunub. M. Bərzani noyabrın 1-də başa çatan səlahiyyət müddətinin uzadılmasını qəbul etməyəcəyini vurğulayıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR