Bakı-APA. Oktyabrın 31-də İraqda törədilmiş terror aktları 23 nəfərin həyatına son qoyub, 20-dək insan yaralanıb. APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, Baakübə şəhərində (Bağdaddan 50 km şimal-şərqdə) yerləşən avtomobil salonunun yaxınlığında terrorçu-kamikadze özünü partladıb. Daha bir partlayış şəhərin mərkəzi küçəsində baş verib. Partlayışlar nəticəsində 8 nəfər ölüb, 12 nəfər yaralanıb.
Bundan başqa Əl Mukdadiyə şəhərinin mərkəzi meydanında avtomobilin partladılması nəticəsində 8 nəfər ölüb. Duz-Xurmatu şəhərinin bazarında terrorçu-kamikadze özünü partladıb, nəticədə 7 nəfər ölüb.