Bank Of Baku

İraqda İran şirkətinə məxsus avtomobilin partladılması nəticəsində 6 iranlı ölüb

İraqda İran şirkətinə məxsus avtomobilin partladılması nəticəsində 6 iranlı ölüb
# 24 may 2014 11:14 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İraqda İran şirkətinə məxsus avtomobil partladılıb.

 

APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, İraqın Diyala əyalətinin Baquba şəhərinin şimal-şərqində baş verib.

 

Nəticədə 6 nəfər ölüb, 5 nəfər yaralanıb. Onlar İraqda təbii qaz kəmərinin çəkilişi ilə məşğul olan İran şirkətinin mütəxəssisləri və işçiləridir. Ölənlərdən 6-sı İran vətəndaşıdır, onlardan ikisi texniki mütəxəssis, 4-ü isə fəhlədir.

 

Hadisədə yaralanan 5 nəfər isə İraq vətəndaşıdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR