Bank Of Baku

İraqda İŞİD silahlıları 40 nəfər Hindistan vətəndaşını girov götürüblər

İraqda İŞİD silahlıları 40 nəfər Hindistan vətəndaşını girov götürüblər
# 18 iyun 2014 11:31 (UTC +04:00)

Bakı. Zümrüd Paşayeva-APA. İraqda 40 nəfər Hindistan vətəndaşı İŞİD silahlıları tərəfindən girov götürülüb.

 

APA-nın "The Times of İndia" qəzetinə istinadən verdiyi məlumata görə, Mosul yaxınlığında girov götürülən hindistanlı fəhlələrlə əlaqə saxlamaq mümkün olmayıb.
 

"Cəhdlərimizə baxmayaraq hələ də onlarla əlaqə qura bilməmişik. Buna görə də hər hansı fərziyyə irəli sürə bilmərik”, - deyə Hindistan Xarici İşlər Nazirliyinin nümayəndəsi Seyd Əkbəruiddin bildirib.
 

Hindistanın baş naziri Narendra Modi isə girov götürülmüş şəxslərin azad olunması üçün lazımi addımlar atmağa çağırıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR