Bakı-APA. İraqda “Əl Qaidə” terror təşkilatının kimyəvi silah istehsal edən qanadı aşkarlanıb. APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, bu barədə İraqın müdafiə nazirliyinin rəsmi nümayəndəsi Məhəmməd əl Askari bəyan edib.
Onun sözlərinə görə, “İraqın müdafiə nazirliyi yanında xüsusi xidmət qurumu üç fabrik aşkarlayıb – onlardan ikisi Bağdadda, biri isə əyalətlərin birində fəaliyyət göstərib. Bu müəssisələrdə zəhərli zarin və xardal qazları istehsal olunub. Ehtimala görə, bu qazlar gələcəkdə İraq, Avropa və Şimali Afrikada istifadə edilə bilər.